Serj Sarkisyan azərbaycanlı milyarderin restoranında Azərbaycan mahnısına oynadı

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, erməni milyarder Samvel Karapetyan böyük oğlu Sərkisə təntənəli toy edib.
Toy mərasimi Moskvada əvvəllər azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan "Safisa" restoranında baş tutub.
Toya dəvət olunanlar arasında Andrey Malaxov, Tanya Qevorkyan, Alla Puqaçova, Vera Brejneva kimi məşhurlar olub. Hər zaman azərbaycanlılardan nəsə bir mədəni irsi oğurlamağı qənimət bilən ermənilər bu dəfə də toyda Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" operattasının musiqisini qonaqlara erməni mahnısı kimi təqdim ediblər.
Ermənistan prezidenti də dəvət olunan qonaqlar arasında olub.
"Safisa" restoranı faktiki olaraq Azərbaycan dövlətinin mülkiyyəti sayılır. Məsələ bundadır ki, onun sahibi, iflas etmiş oliqarx Telman İsmayılovun Azərbaycan Beynəlxalq Bankının Moskva Filialına külli miqdarda borcu olduğu üçün 2015-ci ildə Moskva Arbitraj məhkəməsi bu restorana həbs qoyub.