Sergey Lavrov: "Damarlarımda erməni qanı axır, başqa bir qan yox..."

Baxış sayı: 
217

 
 
"Ermənilər bütün dünyada erməni icma şəbəkəsi yaradıblar. Fransaya müğənni Aznavuru və futbolçu Corkayefi, Rusiyaya marşal Baqramyanı və nazir Lavrovu..."
 
Rus tarixçisi Andrey Qanja bu yaxınlarda Eurasia Daily nəşrində Qaregin Xumaryanın Rusiya əleyhinə yazdığı məqaləyə cavabında bunları qeyd edib.
 
Bir neçə il əvvəl Georgian Times öz mənbələrinin köməyi ilə Tbilisidəki erməni məhəlləsində Sergey Lavrovun ailəsi ilə yaşadığı evi tapıb. Mənbə müəyyənləşdirib ki, Lavrov onu böyüdən atalığının soyadıdır. Tbilisidəki erməni diasporunun liderlərindən biri Van Bayburtla əlaqə saxlayan mənbə müyyənləşdirib ki, Sergey Lavrovun uşaqlığının keçdiyi ev Tbilisidə Ararat küçəsində yerləşir.
 
Van Bayburt: Lavrovun həqiqi soyadı Kələntərovdur. 17 fevral 2005-ci ildə İrəvan Slavyan universitetində tələbələr ona sual veriblər ki, erməni əsilli olmağı ona mane olmur. Lavrov cavab verir: “Mənim köküm Tbilisiyə gedir, damarlarımda erməni qanı axır, başqa bir qan yox. Və bu qan heç nədə mənə mane olmur”. Beləliklə Sergey Lavrov etiraf edib ki, o təmiz ermənidir.
 
Bu barədə 2015-ci ildə Bolqarıstanın “Trud” qəzeti də yazıb: “Sergey Lavrov 21 mart 1950-ci ildə anadan olub. Onun damarlarında atsı tərəfdən erməni qanı axır, anası isə gürcüdür. Gimnaziyanı gümüş medalla bitirib. Moskva Beynəlxalq Əlaqələr İnstitutunun üçüncü kursunda oxuyanda arvadı Mariya ilə evlənib, bir qızları var. İdmanı sevir, hobbisi şeir yazmaqdır. Oxuduğu ali məktəbin himnini yazıb, gitarada çalır, siyasi lətifələr söyləməyi sevir”
 
Moderator.az əlavə edir ki, Rusiyanın əvvəlki xarici işlər naziri Primakov Yevgeni Maksimoviç də Kiyevdə anadan olmasına baxmayaraq Tbilisidə və Marneulidə böyüyüb. Onun da əsil soyadı Nemçenko olub, sonra anasının ikinci əri Primakovun familiyasını götürüb.

Загрузка...
Загрузка...