Sergey Lavrov: “Atəşkəs bizi sakitləşdirməməlidir” - YENİLƏNİB

“Dağlıq Qarabağdakı böhranın aradan qaldırılması üçün bütün komponentlər praktiki olaraq mövcuddur”, - bunu Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin Bakıdakı görüşündən sonra təşkil olunmuş birgə mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov deyib.
*   *   *13:15
“Biz Qarabağ məsələsini müzakirə etdik və Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş hazırkı atəşkəs bizi sakitləşdirməməlidir. Münaqişənin siyasi həlli üçün yollar tapılmalıdır”.
Turaninfo.az Virtualaz.org-un xüsusi müxbirinə istinadən  xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.
Onun sözlərinə görə, bu gün Yerevanda olan Rusiyanın baş naziri Dmitri Medvedev sabah Bakıya gələcək.
“Biz həm Ermənistanla, həm də Azərbaycanla dost ölkə kimi sülhün bərqərar olması üçün əlimizdən gələni edəcəyik”, - Lavrov belə deyib.