Serdar Ortaçdan Manaf və Baloğlan paylaşımı – FOTO

 
Azərbaycan musiqisinə olan xüsusi sevgisi ilə seçilən tanınmış türkiyəli müğənni Serdar Ortaç azərbaycanlı izləyicilərini sevindirib.
Publika.az xəbər verir ki, ifaçı şəxsi instaqram hesabında Baloğlan Əşrəfov və Manaf Ağayevin ifasında olan muğam videoları paylaşıb.
Onun paylaşımları Türkiyə və Azərbaycan fanatları tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, sənətçi illər öncə Baloğlan Əşrəfovun “Nədəndir” və Məhəbbət Kazımovun “Pərişan” mahnısını repertuarına daxil edib.

Загрузка...
Загрузка...