Sepratçı “Sadval”ın lideri öldürüldü

Dağıstanda separatçı “Sadval” hərəkatının lideri Nazim Hacıyev naməlum şəxslər tərəfindən öldürülüb. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Hacıyevin cəsədi çoxsaylı kəsici-deşici yaralarla öz evində tapılıb”, - deyə mənbə qeyd edib. Faktla bağlı cinayət işi açılıb.
Xatırladaq ki, ötən il martın 24-də “Sadval”ın digər fəalı Ruslan Maqomedrahimov öldürülmüşdü.