''Separatizmin mərkəzi Moskvadır'' - Razi Nurullayev - VİDEO

“Məhz elə seporatizmin, münasibətlərin pisləşməsinin və bəzən yaxşılaşmasının, konfiliktlərin əmələ gəlməsinin, insanların ölməsinin, müharibələrin başlanması və dayanmasının nüvəsi Moskvada yerləşir”
 
Bu sözləri yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Post-Sovet məkanında yeni siyasi vəziyyətin: Xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında vətəndaş cəmiyyətinin rolu” mövzulu tədbirdə çıxışı zamanı deyib.
 
Partiya sədri qeyd edib ki, Hazırki durumda Azərbaycan, eləcə də bütün post sovet məkanında mövcud siyasi vəziyyətin formalaşmasında siyasi partiyaların rolu böyükdür. O bildirib ki, ən zəif siyasi partiya belə 10-15 min seçiciyə təsir etmək gücünə malikdir, böyük  partiyalar isə yüz minlərlə, milyonlarla insanı arxasınca apara bilir. Razi Nurullayevin sözlərinə görə, məhz bu baxımdan xalqlar, dövlətlərarası münasibətlərin formalaşmasında, eyni zamanda ölkədə siyasi vəziyyətin bu və ya digər formada dəyişməsində siyasi partiyaların böyük rolu var:
 
“Məhz elə seporatizmin, münasibətlərin pisləşməsinin və bəzən yaxşılaşmasının, konfiliktlərin əmələ gəlməsinin, insanların ölməsinin, müharibələrin başlanması və dayanmasının nüvəsi məhz elə Moskvada yerləşir. Sovetlər birliyi dağılmasından kifayət qədər vaxt keçməsinə baxmayaraq, hələ də Rusiya keçmişdə öz orbitində olan ölkələrə kifayət qədər ciddi şəkildə təsir edə bilir. Bu gün də bu təsir var. Bəzən bu təsirlər bu və ya digər ölkələrdə fəaliyyət göstərən siyasi partiyalar vasitəsilə də həyata keçirilir. Bəzən siyasi partiyalar məhz Hakimiyyət çəkişməsi, hakimiyyətə gəlmək bu və ya digər təklif və maraqlarını təmin etmək üçün də bu və ya digər ölkələr üçün də əməkdaşlığa gedə bilirlər. Burada açığı pis bir hal görmürəm. Sadəcə təbii ki, ölkənin müstəqilliyi, suverenliyi, xalqların marağı zərbə altına alınmamalıdır. Ama digər vasitələrdən təbii ki, istifadə edə bilərlər. Siyasi mübarizədə partiyalar nəyisə dəyişmək, proqramını həyata keçirmək üçün təbii ki, hakimiyyətdə olmalıdır. Ama təbii ki, torpaq üzərindən, suverenlik və müstəqillik üzərindən və yaxud hər hansı bir dövlətin əl altısına çevrilmək baxımından bu maraqları yerinə yetirmək olmaz.  Birinci növbədə Rusiyanın təsirini azaltmaq üçün həm iqtidarda olan siyasi partiyalar, hökumətlər, həm də ki, məhz prespektivdə bu imkanı daşıya bilən siyasi partiyaların zəiflədilməsi baş verməlidir. Rusiya həmin siyasi qüvvələr vasitəsilə ölkədəki siyasi vəziyyətə xitab edə bildikcə demək vəziyyət də qeyri normal olaraq  qalmaqda davam edəcək”.
 
Regionda seporatizm və konfiliktlər məsələsinə də toxunan AXCP sədri bildirib ki, millətlər arası münasibətlərin yaxşılaşması zəruri olsa da, Azərbaycan-Ermənistan nümunəsində iki xalq arasında münasibətlərin düzəlməsi mümkün görünmür:
“İstənilən halda on minlərlə başsız qalan ailə olduğuna görə bu hələki mümkün deyil. İstənilən halda o ermənini görən zaman onu bir qatil qismində görəcəkdir. Və bunun üçündə indiyə qədər seporatizmin vurduğu yaraların sağalması üçün də bəlkə də ən azından bir yarım əsir vaxt lazımdır ki, heç olmasa nəsil dəyişməsi baş versin ki, həmin o fikirlər həmin o psixoloji zərbələr insanların həyatından çəkilsin amma indiki halda mümkün deil. Götürək ukrainanı. Ukraina və Rusiya tarixən yaxın xalqlar olub amma bu iki xalq bir birinə silah qaldırdı və minlərlə insan şəhid oldu minlərlə insan öldü Ukraina Rusiyanın təcavüzü nəticəsində kifayət qədər ərazisini itirməli oldu və bu gün də həmin əzabı çəkməkdədir. Təbii ki bu münasibətlərin normallaşması üçün də təbii ki dediyim kimi də yenə də on illiklərlə vaxt lazım olacaq ki, münasibətlər düzəlsin. Polşa ilə Rusiya arasında kifayət qədər gərgin münasibətlər bu gün də davam etməkdədir. Onun üçün də seporatizmin bu gün aradan qaldırılması və xalqlar arası münasibətlərin düzəlməsi üçün birinci növbədə post sovet məkanında olan münaqişələrin aradan qaldırılması vacibdir. Amma Rusiyanın aqresiya, təcavüz edən hökuməti hakimiyyətdə qaldıqca və yaxud ondan sonra gələndə eyni siyasəti davam etdirəcəksə həmin münaqişələrin həlli də mümkün olmayacaq. Dağlıq Qarabağ, Abxaziya, Asetiya, Ukraina da münaqişələr həll olunmayana qədər də, Rusiyanın bu münaqişələrin bu və ya digər yöndə yönləndirilməsinə təsir göstərə bildiyi zaman çərçivəsində millətlər arası münasibətlərin yaxşılaşdırılması baş verə bilməyəcək. Əgər vətəndaş cəmiyyəti dediyimiz kimi bu münasibətlərin yaxşılaşdırılması üçün hər hansı bir addım atarsa, atırsa, atır da amma yenidən bu addımlar atılandan sonra da yenidən münaqişə ocağı qızışır və görülən işlərin də üzərindən bir dəfəlik xət çəkməli olur. Bunun üçün də münaqişələrin həlli vacib məsələlərdəndir”.
 
“Bu gün Rusiyanın post sovet məkanında yerləşən dövlətlərə təsirini azaltmaq üçün həmin ölkələrin Avropa birliyi ilə, Qərblə daha yaxından əməkdaşlığı vacibdir” deyən Razi Nurullayev bildirib ki, birinci növbədə şərq tərəfdaşlığı çərçivəsində münasibətlər daha da genişlənməlidir: 
“Bu gün Azərbaycan şərh tərəfdaşlığı çərçivəsində yaxın əməkdaşlıqdan imtina etməsə də asissasiya sazişini imzalamaqdan imtina edib ama Avropa birliyi ilə Nato ilə daha yaxn əməkdaşlığı hal hazırda Moldova Ukraina və Gürüstana aiddir. Əgər Moldova, Ukraina və Gürüstana Avropa birliyi ilə daha yaxından əməkdaşlıq edəcəksə və Avropa birliyi bir çox siyasi məsələləri nəzərə alaraq onların çatışmamazlıqlarına göz yumaraq onları qəbul edərsə təbii ki, bu digər ölkələrində siyasi vəziyyətinə çox ciddi şəkildə təsir göstərəcəkdir. Rusiyanın həmin ölkələrə təsir qüvvəsini zəiflədəcəkdir. Və təbii ki, həmin ölkələrin Natoya da inteqrasiyası onların təhlükəsizliyi ilə bağlı bir çox məsələləri aradan qaldıracaqdır. Və bu da deyək ki, digər ölkələrin də təhlükəsizliyi, digər ölkələrin də Avropaya inteqrasiyası ilə bağlı inamını artıracaqdır. Bax bu dediyim üç məsələ ilə bağlı demək istəyirdim və hesab edirəmki bu üç məsələ öz həllini taparsa həm seporatizm yox ola bilər Rusiyadan post sovet məkanına daxil olan ölkələrin asılılığı azala bilər və təbii ki, inteqrasiyada Avropa birliyi İnteqrasiyada daha cəld üsullarla yerinə yetirilə bilər”.
 
Tədbir digər iştirakçıların da çıxışları və qarşılıqlı müzakirələrlə yekunlaşıb.