“Separatçılara pulumuz var, amma xalqa yox”

Rusiya Baş naziri Dmitri Medvedyevin ölkədə pulun olmaması ilə bağlı açıqlaması həqiqəti əks etdirmir. 
 Axar.az xəbər verir ki, bunu “Exo Moskva” radiosuna açıqlamasında rusiyalı publisist Viktor Şenderoviç söyləyib. Onun sözlərinə görə, hazırda məsələ pulun olmaması yox, onun hara xərclənməsidir:
 “Bizim təqaüdçülərə verməyə pulumuz yoxdur, amma separatçılara verməyə hər şeyimiz var. Bizim hərbi üçün də pulumuz var. Büdcənin 30%-i buna gedir. Belə edirlər ki, OMON-un leytenantları həkimlərdən iki dəfə çox maaş alsınlar. Mən hələ müəllimlərdən danışmıram. Ölkədə pul var. Əsas məsələ bu pullar üçün prioritetin nə olmasıdır. Bizim prioritetlər əvvəlki kimi qalırlar”.
 Qeyd edək ki, bundan öncə Medvedyev ölkədə pul olmadığına görə təqaüdlərin indeksasiyasının baş tutmayacağını bildirib.