Sensasion açıqlama: 6 rayonun qaytarılması müzakirə edilir

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan sensasion bəyanatla çıxış edib
Turaninfo.az AzVision.az-a istinadən xəbər verir ki, nazir Ermənistanın İctimai Telekanalına müsahibəsi zamanı Azərbaycan və Ermənistan arasında Qarabağ nizamlanması üzrə predmeti açıqlayıb.
Erməni nazirin sözlərinə görə, tərəflərin müzakirə etdiyi işçi sənədlər əvvəllər müzakirə edilənlərdir. Tərəqqiyə nail olunmamış sənədlər ATƏT-in Vyanadakı ofisinə saxlanmaq üçün verilir.
`Hələ ki saxlanmaq üçün verilməmiş sənəd Kazan sənədidir. Bütün digər şərhlər yersizdir`, - Nalbandyan deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündən əvvəl razılaşdırılmış prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda əsas kimi götürə biləcəyini yazmışdı.
Həmin sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdırlar.
Yerevan Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi daxildir.
Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə olunur. Laçın rayonunda Ermənistanla Qarabağı birləşdirilən dəhliz yaradılır.