Senat da təsdiqlədi: hücumu şəxsən Putin SİFARİŞ VERİB

Baxış sayı: 
262
0  
0  

ABŞ Senatı 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyini təsdiqləyib.
Publika.az “Vaşinqton Post” nəşrinə istinadən xəbər verir ki, bu haqda Senatın kəşfiyyat üzrə komitəsinin başçısı Riçard Burr məlumat verib.
Onun sözlərinə görə, bununla da Rusiyanın 2016-cı ildə ABŞ-da seçkilərə müdaxilə etdiyi barədə Amerika kəşfiyyatının tədqiqatını təsdiqlənmiş olub.
“Komitənin bütün üzvləri arasında həmrəylik mövcuddur. Biz kəşfiyyatın gəldiyi nəticələrə etibar edirik”, - o vurğulayıb.
O həmçinin əlavə edib ki, araşdırma hələ başa çatmayıb. Riçard Burr qeyd edib ki, komitə 100-dən çox insanla söhbət aparıb və 100 mindən çox sənədi təkrar gözdən keçirib. Sənədlərin bir çoxu kəşfiyyat, prezident Donald Trampın yaxın ətrafı və keçmiş prezident Barak Obama administrasiyasının üzvləri tərəfindən verilmişdi.
Xatırladaq ki, ilin əvvəlində Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) birgə məruzəsində bildirildi ki, rəsmi Moskva ABŞ-da keçirilmiş seçkilərdə Demokratlar Partiyasının namizədi Hillari Klintona mane olmağa çalışıb. Məruzədə həmçinin bildirilir ki, ABŞ kompüter sistemlərinə kiberhücumda əli olan Guccifer 2.0 adlı haker və DCLeaks.com saytının arxasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi durur. Beləliklə, ABŞ kəşfiyatı Rusiya prezidenti Vladimir Putin ABŞ-da seçkiqabağı kampaniya zamanı haker hücumlarına şəxsən cəlb olunduğunu və haker hücumlarının şəxsən onun tərəfindən sifariş edildiyini bildirmişdi.
 
Putin üçün dəhşətli savaş başlayır: Kremli şoka salan BÖYÜK SAZİŞ
Ömər Dağlı

Загрузка...
Загрузка...