Selfie çəkmənin səbəbi tapıldı - Ruhi pozğunluq

Niyə selfie çəkirik?
 Turaninfo.az Ölkə.Az-a istinadən xəbər verir ki, Koreyalı alimlərin apardığı araşdırmalara görə, narsist insanlar tez-tez çılğın şəkildə selfielər çəkərək sosial şəbəkələrdəki hesablarında paylaşırlar.
Koreya Universitetinin iki aliminin- Jung-Ah Lee və Yongjun Sungun apardığı araşdırmalarına görə, selfie çəkməkdə narsisizm izi var.
 Daha çox narsisizmə bağlı olan insanlar getdikləri hər yerdə, etdikləri bütün işlərdə, görüşdükləri insanlarla, yedikləri yeməklərlə tez-tez selfielər çəkərək onları sosial şəbəkələrdə paylaşırlar.
 Narsisizm - Narsisizm cinsi meylin özünə istiqamətlənmiş seksual özünə vurğunluq və özünə sevginin hər hansı bir formasıdır.
Narsisizm şәxsiyyәtdәki çatışmazlıq, insanların öz әhәmiyyәtlәrini gözlәrindә böyütmәlәri, tәriflәnmәyә ac olmaqları, başqa insanlara qarşı simpatiya göstәrmәkdә çәtinlik çәkmәlәri ilә görülәn bir ruhi pozğunluqdur.