Seksual tələbat olmayan dünya necə olardı?

Alimlər bu dəfə seksual instinktlərin olmadığı, seksual istəklərin son dərəcə yox olduğu dünyada insanların necə yaşayacağını araşdırıb. Onların fikrincə hazırda seksual tələbatlar, ümumiyyətlə seks dünyada ən sürətli sosial və iqtisadi mühərrik rolu oynayır.
Publika.az xəbər verir ki, tədqiqatçılar apardıqları araşdırmanın sonunda bu qənaətə gəliblər ki, seksual istəklərin olmadığı cəmiyyət nəzərə çarpacaq dərəcədə transformasiyalara məruz qalar.
 
 
ABŞ-ın Vilyams kollecindən olan alim, sosiologiya üzrə dosent Qreqori Mitçell hesab edir ki, seksual istəyin olmaması cəmiyyətdə elə bir ciddi fərq yaratmazdı. Çünki statistikaya görə, cəmiyyətdə insanların çoxu heç bir ehtiras, arzu, şəhvət hissi olmadan cinsi əlaqədə olmağa öyrəşib. Sadəcə əks cinsin nümayəndələri arasında güclü münasibət fərqi hiss olunardı. Eyni zamanda analıq instinkti azalar və övladlığa götürmə prosesi sürətli şəkildə artardı. Bu isə uşaq evlərindəki bütün balacaların ailə ortamında böyüməsi demək olardı.
 
 
Braun Universitetinin professoru Reyçel Franklinin sözlərinə görə isə, texnologiyanın inkişafı zamanla seksual tələbatları üstələyəcək. Bu isə insanların nəsil artırma prosesini ləngidə bilər. Dünya əhalisinin sayı sürətlə azalar. Nəticədə isə hakimiyyət qanunlarına məcburi şəkildə cinsi əlaqəyə sövq edən iddialar əlavə edilə bilər.
Sosioloq M.Qrina Ronaldın fikrincə, seksual istəyin azalması, hamiləliyin qadağan olunması ilə də nəticələnə bilər.
 
 
Viskonsin-Miluoki Universitetindən olan mütəxəssis Keri Qabriyel Kostello güman edir ki, cəmiyyətin seksə olan marağının yoxa çıxması bəşəriyyəti viktorian dövrünə geri qaytara bilər. Hansı ki, o vaxtlar cinsi əlaqə olmadan fərdlər romantik anlar (masturbasiya) yaşaya bilirdi. Bir neçə əsr sonra isə insanları bir-birinə sabit nigahlar bağlayırdı. Burada da əsas məqsəd insan sayının artırılması idi.
Könül Cəfərli

Загрузка...
Загрузка...