"Seks kaseti" qalmaqalı: Prezidentliyə namizəd biabır oldu - FOTO

 
Dünya gözəli Alicia Maçadonu "pornosu var" deyə günahlandıran ABŞ prezidentliyinə namizəf Donald Trumpın playboy filmi ortaya çıxıb.
 
Turaninfo.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, Alicia Maçadonun seks kaseti olduğunu iddia edən Trumpun həmin filmə 2000-ci ildə çəkildiyi aydın olub.
 
ABŞ mediası 70 yaşlı respublikaçı namizəd Trumpın "Video Centerfold" adlı filmində rol aldığını bildirib.
 
Playboy modellərinin çəkildiyi filmdə milyarder iş adamı Trump özünü canlandırır.
 
Buzzfeed xəbər saytının ortaya çıxardığı filmdə baş rollarda məşhur Playboy modelləri - əkiz bacılar Darlene və Carol Bernaola iştirak edirlər.Trumpun bir neçə saniyə göründüyü filmdə New York prospektində çəkilən bir səhnədə Trump limuzinlə gələn Playboy qızlarını qarşılayır və Playboyun loqosu üzərində şampan partladır.