​Seçkidən öncə Trampı söyən De Niro danışdı

 
 
Məşhur aktyor Robert De Niro Trampın ABŞ-da keçirilən parlament seçkilərində qələbəsindən aldığı təəssüratı 2001-ci il 11 sentyabrda baş verən teraktdan sonra keçirdiyi hisslərlə müqayisə edib.
 
Axar.az xəbər verir ki, “Hollivud reportyor”a danışan De Niro “hazırda özümü 11 sentyabr teraktondan sonrakı vəziyyətdə hiss edirəm” deyə bildirib.
 
Onun sözlərinə görə, hazırda ABŞ-ı daha nələrin baş verəcəyini izləmək istəyir. “Çox, çox, həddən artıq çox adam Trampı müşahidə edəcək“, - De Niro tək olmayacağına işarə edib.
 
Qeyd edək ki, De Niro Trampın ən kəskin tənqidçilərindən biridir. Səsvermə günü o, Trampı “donuz” adlandırmış və onun üzündən bir şapalaq ilişdirməkdən məmnun olacağını demişdi.
 

Загрузка...
Загрузка...