“Seçki kampaniyası zamanı qaldırdığım iki məsələ artıq icraya yönəlib” - SƏRDAR CƏLALOĞLU

Baxış sayı: 
180

“Iqtidarın müxalifətin qaldırdığı məsələlərə bu cür münsaibəti siyasi mədəniyyətimizin yeni nümunəsi hesab edirəm”

Prezident İlham Əliyev Milli Məclisdəki andiçmə məraisimində seçki kampaniyası zamanı namizədlərin səsləndirdiyi təkliflərə münasibət bildirib. Namizədlər tərəfindən səsləndirilən tənqidi fikirləri alqışladığını bildirən ölkə başçısı, dəyərli təkliflərin hamısının nəzərə alınacağını bildirib.

Turaninfo.org xəbər verir ki, məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ADP sədri, prezidentliyə sabiq namizəd Sərdar Cəlaloğlu onun qaldırdığı iki məsələnin artıq öz həllini tapdığını söyləyib:

“Mənim qaldırdığım iki məsələ artıq icraya yönəldilib. Mən çıxışlarımda vətəndaşların 90-cı illərdə qoyduğu əmanətlərin qaytarılması ilə bağlı məsələ qaldırmışdım. Mənə bildirdilər ki, seçkidən bir neçə gün sonra vətəndaşlara bankdan zəng edilib, onlardan gəlib pullarını aprmaq xahiş olunub. Yəni artıq əmanətlərin qaytarılması başlayıb.

İkincisi, dünən prezident şəhid ailələrini 11 min manat məbləğində birdəfəlik yardımın göstilməsi ilə balı sərəncam imzalayıb. Hansı ki, mən çıxışlarımda şəhid ailələrinə maddi yardım göstərilməsinin zəruriliyini vurğulamışdım.

Bəzi məsələlər də var idi ki, mən onları səsləndiməsəm də, vətəndaşların bu problemlərl bağlı şikayətini Əli Əhmdova, Zahid Oruca verdim. Onlar bu məsələləri elə yerindəcə həll etdilər.

Bəzi məsələlər ölkədə siyasi-iqtisadi islahatlar tələb edir. Bunun üçün isə vaxt lazımdır.

Bir sıra məsələlərin sürətlə həll olunması ümid verir ki, mənim qaldırdığım digər məsələlər də həll olunacaq. Şadam ki, seçkilərdə qalib gəlməsəm də qaldırdığım məsələlər hansısa problemlərin həllinə yardımçı oldu. Mən bunun özünü böyük nailiyyət hesab edirəm. Iqtidarın müxalifətin qaldırdığı məsələlərə bu cür münasibətini də Azərbaycan siyasi mədəniyyətin yeni nümunəsi hesab edirəm. Bundan əvvəl biz nə deyirdiksə, iqtidar yalan dediyimizi, böhtan atdığımızı iddia edirdi. Indi isə andiçmədən dərhal sonra qaldırdığımız məsələlərlə bağlı konkret addımlar atılır. Hesab edirəm ki, müxalifət qərəzsiz olaraq ölkədəki problemləri tənqid etsə, qaldırsa, iqtidar da buna qərəzsiz yanaşsa, bu problemləri həll etməyə cəhd etsə, o zaman sosial kataklizmlərin qarşısını ala biləcəyik”.

Загрузка...
Загрузка...