​Seçki-2018: Müxalifətin favoriti kim olacaq?

 
 
 
Gələn il ölkədə mühüm siyasi kampaniya-prezident seçkiləri keçiriləcək. Bir sıra siyasi qüvvələr artıq seçkilərlə bağlı müəyyən hazırlıq işlərinə başlayıblar. Ənənəvi müxalifətin durumu bir az fərqlidir. Uzun illər uğursuz fəalliyyət göstəmiş ənənəvi müxalifət təmsilçilərinin ictimai nüfuzu çox aşağıdır.Xalq bu düşərgənin uğur qazanacağına inanmır.
 
Sosial şəbəkələrdə keçirilən siyasi müzakirələrdən isə belə bəlli olur ki, müxalifətin seçkilərdə uğursuzluq tendensiyasının əsas səbəbi məhz seçkiöncəsi gedən proseslərlə bağlıdır. Ənənəvi müxalifətin birlik nümayiş etdirə bilməməsi, siyasi ambisiyalar proseslərin  nəticəsiz qalmasına gətirib çıxarır. Seçkiyə az müddət qalır, lakin ənənəvi müxalifət cameəsi susqundur, bu düşərgədə durğunluq hökm sürür. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) seçkilərdə iştirak edəcəklərini rəsmən bəyan ediblər.Digər partiyalar isə seçkilərdə necə iştirak edəcəklərini hələ də müəyyənləşdirməyiblər.Ümumiyyətlə seçkilərə hazırlıq prosesi necə və nə vaxt başlamalıdır ki, uğur qazanmaq mümkün olsun?
 
AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, nəticə üçün seçki prosesinə məhz indidən başlamaq vacibdir:
 
“Hər bir dövlətin siyasi-ictimai sferasında siyasi partiyalar və təşkilatlar mühüm rol oynayır. Məhz demokratik institutların fəaliyyəti ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır.Hazırda ölkəmizdə siyasi partiyalar və digər siyasi təşkilatların fəaliyyətində ciddi problemlər var. Təbii ki, burada iqtidarın siyasəti mühüm rol oynasa da siyasi partiyaların da rolu danılmazdı.Ənənəvi müxalifətin apardığı siyasət nəticəsində ölkə müxalifəti parçalanıb və birləşmək istiqamətdində səylər fiaskoya uğrayıb.Qeyd edim ki, hər bir partiyanın mitinq keçirməsi qanunla tənzimlənib və istənilən partiya mitinqlər keçirə bilər.Təəssüf ki, ənənəvi müxalifətin apardığı siyasət nəticəsində xalqın mitinq və digər siyasi toplantılara inamı yoxdur.Qeyd edim ki, ənənəvi müxalfətin mitinq şousu hər zaman olduğu fiasko ilə nəticələnir.Ölkənin aparıcı siyasi partiyası olan Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün əsas müxalifət partiyası olaraq ölkədə siyasi dinamikliyini müəyyən edir.Partiyanın sədri Razi Nurullayevin sədrliyi ilə partiya regionlarda təşkilatlanma işi aparır və xalqın etimadını qazanır. Regionlarda xalqla təmasda olanda vətəndaşların iqtidarın və ənənəvi müxalifətin siyasətindən  narazılığı bir daha aydın olur. İnsanlar yeni siyasi dəyişikliyə ehtiyac olduğunu qeyd edirlər və siyasi liderin önə çıxmasını, xalqın onun ətrafında birləşməsini xüsusi olraraq vurğulayırlar.Yeni siyasi dəyişikliyin lideri olaraq Razi Nurullayevi görürlər.Hazırlıq proseslərinə isə məhz indidən başlamaq lazımdır ki, hansısa nəticəyə nail olmaq mümkün olsun.Əks halda, seçkiyə bir ay qalmış fəallaşmaq heç bir nəticə verməyəcək”.
 
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə hesab edir ki, seçkidə uğur qazanmaq üçün bir sıra şərtlərin dəyişdirilməsi vacibdir:
 
Müxalifət istəyir ki, birlik şəklində seçkilərə getsin. İlk növbədə hər iki tərəfin seçkiyə münasibəti dəyişməlidir.İstər müxalifətdə, istərsə də iqtidarda seçkiyə inam olmalıdır.Cəmiyyətin özü seçkiyə inanmalıdır.Seçki qanunvericiliyi təkmilləşdirilməlidir.Seçki komissiyalarında müxalifət nümayəndələri iştirak etməlidir.Söhbət real müxalifətdən gedir.Bu şərtlər daxilində əgər ölkədə seçki keçirilərsə, o, zaman hansısa formatda müxalifətin uğur qazanmasına inanmaq olar.Hesab edirəm ki, başqa cür uğur qazanmaq mümkün deyil”.
 
Vilayət Muxtar
Cebhe.info
 

Загрузка...
Загрузка...