"Əsədin kreslo hərisliyi ölkəni xarabaya və terror yuvasına çevirib"

"İndi şükürlər olsun ki, Türkiyə artıq kiminsə diktəsi ilə durub-oturmur"
 
 
Xəbər verdiyimiz kimi, türk ordusunun İdlibdə həyata keçirdiyi əməliyaytlar Suriya hökumətinin narazılığına səbəb olub. Baş verənləri Suriyanın suverenliyinin pozulması kimi dəyərləndirən rəsmi Dəməşq Ankaradan türk ordusunun İdlibdən çıxarılmasını tələb edib.
 
Maraqlıdır, baş verənlər Suriya və Türkiyə arasında ciddi qarşıdurmaya səbəb ola bilərmi?
 
Moderator.az-a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli Türkiyənin bölgədə qətiyyətli siyasət yürütdüyünü və bu siyasəti kimsənin əngəlləyə bilməyəcəyini vurğuladı:
 
“Suriya adlı dövlət faktiki olaraq yoxdur. Şam şəhər dövləti var. Əsədin kreslo hərisliyi ölkəni xarabaya və terror yuvasına çevirib. Türkiyəyə indi ən çox bu ərazidən təhlükə gözlənilir. Türkiyə də öz təhlükəsizliyini təmin etmək üçün tədbir görür. Bu da Türkiyənin ən təbii haqqıdır. Suriyada kimin nə deməyinin heç bir əhəmiyyəti yoxdur. Artıq Türkiyə 20 il əvvəlki Türkiyə deyil. Bu günkü Türkiyə artıq öz gücünün fərqinə varan və buna görə davranan Türkiyədir.
Tələbə yoldaşlarım yaxşı bilir: hələ tələbə ikən deyirdim ki, Türkiyənin bədəni ilə başı arasında qeyri-mütənasiblik var. Xüsusən Sülyman Dəmirəlin qorxaq siyasətinə işarə edərək deyirdim ki, Türkiyənin bədəni böyük, başı isə çox balacadır. İndi şükürlər olsun ki, Türkiyə artıq kiminsə diktəsi ilə durub-oturmur. İçində hörülmüş xəyanət şəbəkəsini təmzilədikcə daha da güclənir. Türkiyə artıq öz təhlükəsizliyini sərhədlərindən kənarda təmin etməyə başlayıb. Kimin nə deməyindən asılı olmayaraq bu ciddiyyət, bu qərarlılıq davam edəcək. Artıq dünyanın 5-dən böyük olduğu gerçəyini hamı qəbul etmək məcburiyyətindədir. Bu bölgədə Türkiyəsiz heç bir problem həll oluna bilməz. Bu bölgədə ya Türkiyə ilə barışıq, ya da torpağa qarışıq yaşamaq məcburiyyəti var.
Türkiyənin dərin siyasəti çox vaxt düzgün yorumlanmır. Ancaq zaman keçdikcə hər şey aydın görünəcək. Türkiyənin hər uğuru şəxsən məni qürurlandırır. Çünki Türkiyə bütün məzlumların son güvənilir sığınacağıdır”.

Загрузка...
Загрузка...