​Əsədin getməsi heç vaxt Qərbin şərti olmayıb - Lavrov

 
Əsədin hakimiyyətdən getməsi heç vaxt Suriya ilə bağlı razılaşmaların şərti olmayıb.
 
Axar.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
 
Onun sözlərinə görə, Rusiya heç vaxt Suriyada BMT-nin qadağan etdiyi silahlardan istifadə etməyib.
 
Qeyd edək ki, Rusiya keçən ilin 30 sentyabrında Suriyaya qoşun yeridib. Onun bu addımı Qərb ölkələri tərəfindən etiraza səbəb olub.