Əsədi Nəcibullanın taleyi gözləyir

Baxış sayı: 
186

Əsədi Məhəmməd Nəcibullanın taleyi gözləyir.
 
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı ekspert və Donbas müharibəsinin əsas ideoloqlarından biri Anatoli Nesmiyan paylaşıb.
 
“Suriya ordusu 2017-ci ildə 34 uçan aparat itirib. Bunların 25-i təyyarə, 9-u vertolyot olub. Ordunun ümumilikdə balansında 36 təyyarə qalıb. Bu qədər çox təyyarə itkisinə əsas səbəblərdən biri də bizim amerikalı tərəfdaşlarımızın aprelin 7-də Şayrat aviabazasına öz “Tomaqavk” raketlərini buraxması oldu. Suriyalıların əsas problemi təyyarələrlə yox, yeni pilotların hazırlanması ilə bağlıdır. Yəni təyyarə var, amma pilot yoxdur. Aviasiya terrorçularla mübarizədə Dəməşqin əlində yeganə “kozır”dır. Xaricdən yardım olmadan Əsədin taleyinin necə olacağı hər kəsə aydındır. Onu hətta İran muzdluları da xilas edə bilmir. Faktiki olaraq hər şey mərhələli şəkildə 2013-2015-ci illərin formasına qayıdır. Xarici hərbi yardım olmadan əfqan ssenarisi qaçılmazdır. Lakin Əsədin Nəcibullanın taleyini təkrarlayacağını söyləmək çətindir. Bununla belə Kremlin dəstəyinə əmin olmaq gərək deyil”, – deyə o bildirib.
 
Qeyd edək ki, Məhəmməd Nəcibulla Əfqanıstan Demokratik Respublikasının prezidenti olub. SSRİ tərəfindən dəstəklənən Nəcibulla sonra elə Moskvanın özü tərəfindən satılıb. 1992-ci ildə Rusiyanın ona yardımı tam dayandırmasından sonra ölkədən qaçmağa çalışsa da, buna müvəffəq ola bilməyib və BMT-nin Kabildəki ofisinə sığınıb. 1996-cı ildə onu Taliban ələ keçirib, ağır işgəncələrdən sonra asaraq qətlə yetirib.

Загрузка...
Загрузка...