​Səddam Hüseyn ölüm qərarını necə qarşılayıb? - Şahid

 
İraqın keçmiş milli təhlükəsizlik müşaviri Mofak Rubayi Səddam Hüseynin edama aparılarkən heç bir peşmançılıq çəkmədiyini bildirib.
 
Axar.az xəbər verir ki, Rubayi 2006-cı ilin Qurban bayramının səhəri günü edam edilən Səddam Hüseyni xatırlayaraq onunla bağlı xatirəsindən danışıb:
 
“Səddamın edamı amerikalı cangüdənlər tərəfindən İraq hökumətinə təhvil veriləndən sonra həyata keçdi. İraqlı səlahiyyətlilər edam qərarını tələm-tələsik tətbiq etdilər. Bu dəfə fərqli tərəfləri ilə ərəbləri heyrətə salmışdılar”.
 
O, Səddam Hüseynin son anadək heç nədən peşman olmadığını dilə gətirərək bunları deyib:
 
“Səddamı qapıda qarşıladım. Bizimlə bərabər heç kim içəri girmədi. Jaket və ağ köynək geyən Səddam çox normal idi, təşvişə düşməmişdi və üzündə də qorxduğunu göstərən heç bir ifadə yox idi. Bəziləri Səddamın o an tükəndiyini, yaxud narkotik təsiri altında olduğunu deməyimi istəyir, ancaq bu dediklərim tarixi gerçəklərdir. Səddam günahkar və qatil idi. Ancaq etdiklərinin ədalətli olduğuna sona qədər inanırdı. Ondan heç bir peşmançılıq, bağışlama diləmək və ya əfv edilmə tələbi görmədim. Həmçinin, heç bir namaz və ya dua da eşitmədim”.
 
Rubayi sonra Səddamın edama çıxarılarkən əlində Qurani-Kərimi daşıdığına diqqət çəkib:
 
“Səddamı edam qərarının oxunması üçün hakimin otağına apardım. Qərarı eşitdiyi zaman “Amerikaya ölüm”, “İsrailə ölüm”, “Farsi-məcusilərə ölüm”, "Yaşasın Fələstin" ifadələrini səsləndirdi”.
 
Rübayi Səddamın edam ağacına çıxarılmasında ona kömək etdiyini deyib:
 
“Səddamın ayaqları bir-birinə bağlı idi və edama çıxarılarkən önündəki nərdivanlara addım ata bilmirdi. Bu vaxt ona mən və yanımdakılar yuxarı çıxmağa kömək etdik”.
 
Rübayi Səddamın cəsədinin aparılamasından da danışıb:
 
“Təyyarə dostlarla dolu olduğu üçün tabutu yerə qoyduq və Məlikinin evinə apardıq. O da (Məliki) bizi təbrik etdi. Səddamın edam edilməsi Maliki ilə Corc Buş arasındakı görüntülü danışıq ilə başladı. Buş Malikiyə “bu qatilə nə edəcəksiniz?” deyə sual verdi. Maliki isə “edam edəcəyik” dedi. Bu zaman Buş baş barmağını qaldıraraq qərara razılığını bildirdi.
 
Qeyd edək ki, Səddam Hüseyn 2006-ci ildə Qurban bayramının səhəri günü edam edilib.