Əsəd: “Yaxın Şərqdə ideoloji müharibə aparılır”

Hazırda Yaxın Şərqdə aparılan savaş ideoloji müharibədir.
Axar.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd ərəb ölkələrindən olan dini liderlərlə görüşü zamanı söyləyib.
Onun sözlərinə görə, Qərb bu müharibə vasitəsi ilə əhalinin ərəb və müsəlman kimliyini unutdurmağa çalışdığını bildirib. O, terrorizmlə mübarizə üçün bütün ölkələrin səylərinin birləşdirilməli olduğunu bildirib.