​Əsəd Türkman dağına hücuma başladı – Təcili

 
Suriya ordusu Türkman dağını bombardman etməyə başlayıb.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuat Əsəd rejiminin daha çox Yamadı, Sallur və Zeytincik kəndlərini bombardman altında saxladığını bildirib. Bölgədəki əhali səhər saatlarından etibarən sığınacaqlara yerləşdirilib.
 
Qeyd edək ki, Türkman dağı Azad Suriya Ordusunun nəzarətindədir. Bölgənin əhalisinin böyük hissəsini türkmanlar təşkil edir.