Əsəd növbədənkənar prezident seçkilərinə razıdır

Suriya prezidenti Bəşər Əsəd ölkədə yenidən prezident seçkilərinin keçirilməsinə razı olduğunu deyib.
Turaninfo.az Modern.az-a istinadən  xəbər verir ki. rusiyalı jurnalistlərə açıqlama verən Əsəd seçkilərin keçirilməsi üçün Suriya xalqının razılığını almalı olduğunu deyib. 
“Suriya xalqı növbədənkənar prezidentlik seçkilərinin keçirilməsini istəyirsə, buna hazıram, problem yoxdur. Müxalif qruplara deyil, xalqın iradəsinə cavab vermək tam normalıdır”. 
Bununla belə, Əsəd bildirib ki, Cenevrədə müxalifət və hakimiyyət nümayəndələri arasında keçirilən danışıqlarda prezident seçkilərinin keçirilməsi məsələsi müzakirə olunmayıb.