Əsəd məktəb və xəstəxanaları bombalayır - Dövlət Departamenti

Vaşinqton Suriya ordusunu atəşkəs rejimini pozaraq, dinc sakinlərə hücum etməkdə ittiham edən bəyanat verib.
Turaninfo.az Avropa.info-ya istinadən  xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibi Con Kirbi deyib ki, Dəməşq ətrafında yerləşən Deyr əl Asafir şəhərindəki məktəbə və xəstəxana 31 mart tarixində aviasiya zərbələrinə məruz qalıb.
Vaşinqtonda olan məlumata görə, 20-dən çox insan ölüb, qadın və uşaqlar olmaqla onlarla adam yaralanıb. Kirbi bildirib ki, ABŞ hakimiyyəti dinc sakinlərə qarşı hücumları qətiyyətlə pisləyir. ABŞ rəhbərliyi Suriya rejimini dəfələrlə ittiham etsə də, Əsəd hər dəfə ittihamları təkzib edib.
Qeyd edək ki, Suriyada atəşkəs rejimi 27 fevraldan qüvvədədir.