​Əsəd “erməni soyqırımı”nı tanıya bilər

 
Suriya parlamentində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi müzakirə edilir.
Turaninfo.az “panarmenian.net” saytına istinadən xəbər verir ki, bu haqda Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşdə Suriya parlamentinin deputatları Ömər əl-Ərəbi və Alan Bakeri bildirib.
Ərəb deputatların sözlərinə görə, Suriya parlamentinin müvafiq komissiyalarında “erməni soyqırımı”nın tanınması məsələsinin müzakirələri aparılır.

Загрузка...
Загрузка...