​Şəbnəm Tovuzlu canlı yayımda — FOTOLAR

 
Son günlər şəxsi həyatıyla bağlı təzadlı informasiyalar dolaşan müğənni Şəbnəm Tovuzlu canlı yayımda haqqında danışılanlara cavab verib.
 
Ölkə.Az-ın məlumatına görə, sənətçi gərgin olduğunu, stress keçirdiyini söyləyib:
 
"Çox stress keçirtdim. Mənə aid olmayan bir yazını buraxdılar. Reytinq, oxucu üçün yazırlar. Yoldaşım Moskvadadır, gedir də, gəlir də. Mən boşanmış bir insanla ailə qurmuşam. Sadəcə, bu insanın ailəsi mənəm, məndən bir il öncə ayrılıb. Ağsaqallar, nəsil-kök istəyi ilə birləşmişik, ailə qurmuşuq. Ay insanlar, mən ailə dağıtmıram, öz həyat yoldaşımdır.
 
Yoldaşımı, ailəmi müğənnilər yetərincə tanıyırlar. Sadəcə, bu adam reklamı sevmir. Əsl kişi reklamı sevməz. Mənimlə maraqlanın ki, nə mahnı oxudum, nə elədim? İndiyədək abırıma bükülüb sakit dururdum. Amma dünən yazılanlar bilirsiniz nə deməkdir? Səni və sənin balanı məhərrəmlik ayına tapşırıram. Yoldaşım Moskvadan dünən gəlib".