Şəbnəm Tapdıqdan İNANILMAZ ADDIM: adaşını buna görə... - ŞOKA DÜŞƏCƏKSİNİZ (FOTO)

Əməkdar artist Şəbnəm Tapdıq onunla adaş olan müğənni Şəbnəm Qəhrəmanovanı hədələyib.
Publika.az xəbər verir ki, bu barədə aparıcı Zabir Əliyev sosial şəbəkədə məlumat verib. Aparıcı Şəbnəm Tapdığın adaşı haqqında ona yazdığı mesajı sosial şəbəkədə paylaşıb. Şəbnəm Tapdıq həmkarından tələb edib ki, adını dəyişsin:
“Qəhrəmanovanın səhnə adı var idi, niyə istifadə etmir? Səhnə adıyla çıxsın. Şadiyə adı ilə niyə oxumur? Statistikada mən adımda ilkəm. Səhnə adı pis deyil ki... Şadi qəşəng addı. Məhkəməyə getməyim".
Ş.Qəhrəmanova bu hədəyə "yaman yerdə axşamladıq, bu, nə deməkdir? Yenə başladıq. Nə adımı dəyişirəm, nə də ləqəb götürürəm. Kim hara gedir getsin" cavabını verib.
Qeyd edək ki, Ş.Tapdıq Azərbaycanda “Şəbnəm” adının ilk dəfə onda olduğunu iddia edir.

Загрузка...
Загрузка...