Sayt rəhbəri Orxan Carçı prokrorluğa çağrıldı.

Bunu sizlərə yazmaqda məqsədim budur  ki, sabah oradan yoxa çixsam, hər kəsə məlum olsun ki, məsələ nə yerdədir. 

Carçı.az saytının rəhbəri Orxan Carçının  ünvanladığı müraciəti olduğu kimi təqdim edirik.
 
 

17 sentyabrda icazəli mitinq idi , mitinq bitdi , çixib evə gelirdik , bu vaxt çevik polis alayının 3 polisi üstümə şiğıyıb apardılar Yasamal rayon Baş Polis bölmesine .Bir neçe saatdan sonra 27 -inci polis bölmesinə apardilar . 2 gün bölmədə bizə su yemək vermədilər . İstəsəkdə, bizə “gedin wikayet edin” dedilər .Oradan Yasamal rayon məhkəməsinə apardılar , 8 sutka həbs verdi məhkəmə .Həbsxanaya düşən gecə döydülər məni . Həbsxana həkimi bədənimdə döyülmə izlərini gördü , amma dedi yaza bilmərəm döyülməni. Təcili yardımda belə gəlib  aparmadi xestəxanaya .  Vəkilim Əsabəli Mustafayev gəldikdə vəkilimə də dedim,  oda Ombudsmana dedi .Ombudsmanın yanında gələn həkim bədənimdə döyülmə izlərini gördü və yazdı. Həbsdən çixdiğimdan sonra baş prokurorluqdan məktub gəldi ki, işə baxılacaq .  Bu gün binəqədi prokurorluğuna çağırıldım , sabah prokurorluqda müstəntiq danışdıracaq məni . Bunu sizlərə yazmaqda məqsədim budur  ki, sabah oradan yoxa çixsam, hər kəsə məlum olsun ki, məsələ nə yerdədir.
 
P.S.Carçı.az saytının rəhbəri Orxan Carçı, narahat olmayın hər - halda bu ölkədə mətbuat azadlığı və jurnalist toxunulmazlığı var.Ümidvariq ki, sizə qarşı heç bir ədalətsizlik olmayacaq, hər şey qanuni çərçivədə görüləcək.