Savçenkodan gözlənilməz açıqlama: Poroşenko zəif prezidentdir

 
"Ukraynanın hazırki lideri Petro Poroşenko zəif prezidentdir".
 
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı, Ukraynanın milli qəhrəmanı Nadejda Savçenko deyib.
 
Onun sözlərinə görə, Poroşenko hakimiyyətdə qalmağa və eyni zamanda, avropalı tərəfdaşlarının tələblərini yerinə yetirməyə çalışır: "Buna görə onun güclü lider kimi çıxış etməyə haqqı yoxdur. O zəif elçidir. Zəif prezident zəif Ukrayna deməkdir".