Savçenko Kiyevdəki "yaxşı adamlar"a dəyişdirilə bilər - Rusiya rəsmisi

İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib ki, Rusiyada həbsdə yatan ukraynalı pilot Nadejda Savçenko Ukraynada yatan “yaxşı adamlar”a dəyişdirilə bilər.
Turaninfo.az Avropa.info-a istinadən  xəbər verir ki, Markin öz məqaləsində yazıb ki, “Kiyev divarları”nda xeyli “yaxşı və düzgün adam” yatır.
“Ədalət tələb edir ki, o qadın 22 il həbsdə yatsın. Ancaq onun məhkumluğu Kiyev həbsxanalarında yatan yaxşı və düzgün adamların çıxmasına kömək edəcəksə, dəyişməyə getmək olar. Qanuna görə, tək yol var – cəzasını çəkmək üçün vətəninə qaytarmaq” – Markin belə deyib.