Satış dayandı, işçilər çıxarıldı - Təcili

 
"Sevimli Dad" MMC müflis olub
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsinə verilən məlumata görə, mağazalarda firmanın məhsullarının satışı dayanıb.
 
Şirkətin xeyli sayda işçisi ixtisar olunub və yanvardan müəssisə tamamilə fəaliyyətini dayandıracaq. Buna səbəb iqtisadi böhranın vurduğu maliyyə zərbəsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi və firmanın aylardır ki zərərlə işləməsi olub.
 
Məlumatda bildirilir ki, artıq mağazalara “Sevimli Dad"ın məhsulları paylanmır. Yanvarda isə işini dayandıracaq müəssisənin fəaliyyətini bərpa edəcəyi görünmür. Nəticədə yüzlərlə insan işsiz, çörəksiz qalıb.
 
"Sevimli Dad" MMC kolbasa və delikates ət məmulatları istehsal edən "М&T ltd" firması və süd məhsulları istehsal edən "Milk-Pro" MMC tərəfindən yaradılmış və eyni ticarət nişanı altında ət və süd məhsulları realizə edən mağazalar şəbəkəsidir. Şirkət 1 sentyabr 2002-ci il tarixindən fəaliyyət göstərir.
 
Politika.Az olaraq onu da deyək ki, “Sevimli dad” şirkətinə məxsus uşaq sosiskalarının üzərindəki biabırçı reklam şəkli hələ də yığışdırılmayıb.
 
Sosiska məhsullarının üzqabığında oğlan uşağının penisi yerinə sosiska qoyulub. Onun yanındakı iki körpə isə sosiskaya heyranlıqla baxır.
 
Bu fakt bir müddət əvvəl də mətbuatda ictimailəşmişdi, sosial şəbəkələrdə müzakirələr başlanmışdı. Şirkətin bu rüsvayçı reklamına etiraz olunub. Uşaq sosiskalarının üzərinə reklam üçün belə bir eybəcər şəklin qoyulması pislənilib.
 
Amma şirkət heç də tənqidlərdən nəticə çıxarmayıb və bu qeyri-etik foto “Detskiye” adlı uşaq sosikalarının üzərindən götürülməyib.
 
Şirkətin mətbuat xidməti rəhbəri Azad Rzayeva demişdi ki, məsələ həllini tapıb, kolbasaların üzlüklərində şəkillər də dəyişilib. Cizgi qəhrəmanları qalıb, amma yeni motivlə üzlüklər hazırlanıb. Ancaq fakt heç bir dəyişiklik olmayıb.
 
Politika.Az xəbər verir ki, devalvasiya ölkənin ticarət sektorunu çökdürməkdə davam edir. Hakimiyyətin antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir.
 
Neftin ucuzlaşması və manatın dəyərdən düşməsi ölkəni iqtisadi fəlakətin kandarına yaxınlaşdırıb. Dövlət idarələrində ixtisarlar aparılır, banklar bağlanır, zavodlar ləğv edilir. Hər gün yüzlərlə insan işini itirir və minlərlə ailə çörəksiz qalır.

Загрузка...
Загрузка...