​“Satıcının nisyəsi olduğu üçün ət satmadığı Tağıyevin halı pisləşir, sonra isə ölür”- Orxan Fikrətoğlunun filmi

Baxış sayı: 
196

 
 
 
Tanınmış yazıçı, ssenarist Orxan Fikrətoğlunun 3 Bakı milyonçusunun həyatından bəhs edən trilogiyası istehsalata verilib.
 
Trilogiya 3 Bakı milyonçusu haqqındadır; Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev və Murtuza Muxtarov.  Hər milyonçu haqqında müstəqil qısametrajlı filmin nümayişi keçirilib. Tağıyevdən bəhs edən film “Əfsanə”, Nağıyev haqqında olanı “Əliaçıq xəsis”, Muxtarov barəsindəki ekran əsəri isə “Murtuza” adlanır.
 
 
 
Trilogiyada milyonçuların həyatı tamam fərqli aspektdən işıqlandırılıb. Fərqli süjet xətti ilə hər üçünün həyatı tamaşaçıya daha təsirli yöndən nümayiş etdirilib.
 
Məsələn H.Z. Tağıyevdən bəhs edən “əfsanə” filmində çox təsirli süjet var: “Ömrünün son günlərini yaşayan Tağıyevin evinə qona qgəlməli imiş.Qulluqçusunu bu səbəbdən ət almağa göndərir. Lakin qəssab ət vermir, deyir ki, Hacı əvvəlcə əvvəlki borcunu qaytarsın. Bu hadisə Hacıya pis təsir edir. Elə yerində uzanır, az sonra isə dünyasını dəyişir. Evinə gəlməli olan qonaqlar da birbaşa yas məclisinə təşrif buyururlar”.
 
 
 
Orxan Fikrətoğlu Moderator.az-a açıqlamasında layihə barəsində bunları deyib:
 
“Trologiya “Aranfilm” kinostudiyasında çəkilib. Buradakı əsas məsələ milyonçulara yeni baxışdır; biz bu insanlardan çox şey öyrənməliyik. Xüsusilə də iş qurmağı, iş adamı olmağı, biznesi necə təşkil etməyi öyrınməliyik. Bunlar qala-qala biz niyə gedib başqalarından- Rotşilddən, Nobeldən öyrənməliyik?! Dovlətin qanunları olmadığı zamanda bu adamlar Azərbaycanı qurmağa çalışıblar. Onun iqtisadiyyatını, təhsilini müəyyən etməyə çalışıblar. Bizdə səhiyyə, təhsil naziri o zaman olmayıb. Amma bu milyonçular pulları ilə səhiyyəni də, təhsili də, iqtisadiyyatı da qurublar”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...