Şarl Aznavur: Ermənistanın yox olmasının məsuliyyətini kim daşıyacaq?

Baxış sayı: 
147

 
 
Moderator.az xəbər verir ki, erməni əsilli məşhur şanson Şarl Aznavur Ermənistan hakimiyyətinin siyasətini kəskin tənqid edib. O Ermənistan rəhbərliyinin korrupsiya ilə mübarizəsinin yetərsiz olduğunu və beləliklə də erməni dövlətinin gələcəyini böyük təhlükəyə saldıqlarını söyləyib.
 
“Necə olur ki, iki yumurta oğurlayanı həbs edirlər, milyonları oğurlayanlarsa sərbəst gəzirlər”- bunu  Ermənistanın İsveçrədəki səfiri Aznavur bildirib. Əhalinin ölkəni sürətlə tərk etməsinə münasibət bildirən Aznavur:
”Belə getsə Ermənistan yox olacaq, qədim sivilizasiyalar yox olan kimi və bunun məsuliyyətini Ermənistan rəhbərliyi daşıyacaq.” -  "Nouvelles d’Armenie" nəşrinə müsahibə verən səfir deyib.
 
Bununla bərabər səfir Fransa prezidenti ilə danışıqlar aparıb onu Ermənistana dəvət edəcəyini də qeyd edib. “Bu dəvəti elə hazırlamaq lazımdır ki, Ermənistana xeyri dəysin” - Aznavur deyib.

Загрузка...
Загрузка...