Sarkisyan rusların planından imtina etdi - Qorxulu QARABAĞ AÇIQLAMASI

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağla bağlı Rusiyaya məxsus “Lavrov planı”nın mövcudluğunu inkar edib və münaqişənin həlli ilə bağlı danışıqların ruhuna zidd açıqlamalar verib.
 
Publika.az xəbər verir ki, “Ermənistan” telekanalına müsahibə verən Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması üzrə aparılan danışıqlarda konkret bəndlərin müzakirə edilmədiyini bildirib.
 
Onun iddialarına görə, hazırda proses iki istiqamət üzrə irəliləyir: “Birincisi, gərginliyin azaldılması. İkincisi, gərginliyi aradan qaldırmağa imkan verəcək nəzarət mexanizmlərinin qurulması. Yalnız bunlardan sonra hansısa sənədlər üzrə müzakirələr mümkün olacaq. Eyni vaxtda güllələmək və danışıq aparmaq mümkün deyil. Bu şəraitdə razılığa gəlmək də mümkün deyil. Atəşkəsin pozulması gərgin vəziyyət yaradır”.
 
Sarkisyan deyib ki, münaqişənin həlli ilə bağlı gündəmə gələn “Lavrov planı” mövcud deyil.
 
“Danışıqlar masasında hansısa konseptual sənəd yoxdur. Lavrov Ermənistana sonuncu səfəri zamanı Qarabağla bağlı hansısa təkliflər gətirməmişdi”, - deyə Sarkisyan iddia edib.
 
Hərçənd, Rusiya xarici işlər naziri Sergey Lavrov bir müddət öncə “Qarabağ münaqişəsi ilə bağlı ümumi razılıqlar var, sadəcə olaraq, bəzi kiçik detallar müzakirə olunur” deyə açıqlama vermişdi.
 
 
 
 
 
Lavrovun ötən ay Bakı və İrəvana səfəri zamanı da Qarabağla bağlı yeni təkliflər gəıtirdiyi deyilirdi.
 
Sarkisyan bu açıqlamaları isə işğalçı ölkənin münaqişənin həllində maraqlı olmadığını və regionda yeni müharibəyə təhrik etdiyini bir daha göstərir.
 
Asif

Загрузка...
Загрузка...