Sarkisyan Ərdoğana terror aktına görə başsağlığı verdi

Ermənistan prezidenti Serj Sarkisyan İstanbulda törədilən terror aktına görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Modern.az-ın xəbərinə görə, bu barədə məlumatı Ermənistan KİV-i yayıb.
Sarkisyan Ərdoğana göndərdiyi başsağlığı teleqramında teleqramda İstanbuldakı terror aktını qəti şəkildə pislədiyini deyib.
O, terror aktı nəticəsində ölənlərin yaxınlarına başsağlığı verdiyini bildirib və yaralılara tezliklə sağalması üçün şəfa diləyib.
Xatırladaq ki, iyunun 28-də Atatürk aeroportunda baş verən terror aktı nəticəsində 42 nəfər həlak olub, 240 nəfər isə yaralanıb.