Sarkisyan istefa qərarı haqqında DANIŞDI: "Bu, mənlik deyil"

Baxış sayı: 
149

Ermənistanın baş naziri postundan istefa verən Sej Sarkisyan qərarını izah edib.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, səhv etdiyini etiraf edib.
"Sonuncu dəfə dövlət başçısı kimi sizə müraciət edirəm. Etiraz aksiyasının lideri Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll var, amma onlardan heç birinə getməyəcəyəm. Bu mənlik deyil. Mən ölkəmizin rəhbəri vəzifəsini tərk edirəm. Mən sizin tələbinizi yerinə yetirirəm", - mətbuat xidməti Sarkisyanın sözlərini sitat gətirib.
Ömər Dağlı

Загрузка...
Загрузка...