Sarkisyan Azərbaycanın işğaldan azad etdiyi torpaqlara baxdı

Ermənistan prezidenti Serj Sarkisyan iki gün öncə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.
 Baku.ws-in məlumatına görə, Qarabağda təmas xəttinə generallarla birgə yollanan Sarkisyanı müdafiə naziri Seyran Ohanyan da müşayiət edib.
 Qarabağda gedən "dördgünlük müharibə" barəsində məlumat verən generallar Sarkisyana Azərbaycanın işğaldan azad etdiyi əraziləri göstəriblər. Azərbaycan postlarına nəzər salan Ermənistan prezidenti öz tapşırıqlarını verib.
 Qeyd edək ki, S.Sarkisyan iki gün öncə Xankəndiyə təcili səfər edib. Qarabağda müşavirə keçirən prezident mövcud vəziyyəti müzakirə edib.