Sarkisyan Azərbaycandan qorxduğunu etiraf etdi: "Məcbur qaldıq..."

 
Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın onlara bağışladığı "İsgəndər" raket komplaksindən danışıb.
 
Missiya.az xəbər verir ki, Sarkisyan "Supitnik Ermənistan" agentliyinə verdiyi açıqlamada jurnalistin "Siz düşünmürsünüz ki, qızğın silahlanma regionda gərginliyə səbəb ola bilər?" sualına cavabında bunları deyib.
 
"Azərbaycana görə raketlərin Rusiyadan gətirilməsinə məcbur qaldıq. Bu silahlarla regionumuzda bir təhər hərbi vəziyyəti tənzimləyəcəyimizə ümid edirik. Sirr deyil ki, son bir neçə il ərzində Azərbaycan ən yeni silahlar alıb. Biz belə imkana malik deyilik. Mən Azərbaycanda olan maliyyə imkanlarını nəzərdə tuturam. Amma biz vəziyyəti tənzimləməyə çalışırıq. Mən düşünürəm ki, "İsgəndər" raketləri hazırki vəziyyətdə bizim sığortamızdır. Əlbəttə qızğın silahlanma çox pisdir. Biz bunu istəmirik. Amma nə edək ki, müharibə vəziyyətində yaşayırıq".
 
 
Serj Sarkiyanın Supitnik Ermənistan" agentliyinə verdiyi müsəhibədən foto
 
Sarkisyan deyib ki, Rusiyadan sonra Ermənistan tək ölkədir ki, "İskəndər" raket kompleksinə malikdir. "Biz raketləri Ermənistanın müstəqillik günü keçirilən parad da müaiyiş etdirdik".
 
Qeyd edək ki, "İsgəndər" roketləri nümayiş etdirilməkdən qabaq Ermənistan hökuməti silahlarla bağlı rəsmi açıqlama verməmişdi.


"İsgəndər" raket kompleksi
 
Bu isə mətbuata böyük şaiyələrə səbəb oldu. Bəzi ekspertlər silahların idarəçiliyinin Rusiyada olacağını, bəziləri isə paraddan sonra raketlərin Rusiyaya aparılacağını iddia edirdilər. Amma son olaraq raketlərin Ermənistana Rusiya tərəfindən hədiyə edildiyi məlum oldu.
 
Rusiya "İsgəndər" raketlərini bu vaxta qədər Ermənistandan başqa heç bir dövlətə verməyib