​Sarkisyan 3 gün sonra İlham Əliyevlə RAZILAŞMASINI POZDU

Oktyabrın 16-da Cenevrədə keçirilən prezidentlərin görüşündə qurbanların olmamasına görə təmas xəttində gərginliyin azaldılması haqda razılaşma əldə olunsa da, cəmi üç gün sonra Serj Sarkisyan razılaşmanı pozdu. Başqa sözlə erməni hərbi birləşmələrinin atəşkəsi pozmasına izin verdi.
 
Publika.az xəbər verir ki, Müdafiə Nazirliyi düşmənin atəşkəsi 143 dəfə pozduğu haqda məlumat yayıb.
 
Ermənistan mediasının məlumatına görə, atəşkəsin pozulması nəticəsində erməni hərbi birləşmələrinin 1998-ci il təvəllüdlü əsgəri Tiqran Xaçatryan məhv edilib. Faktiki olaraq, bu, Sarkisyan rejiminin razılaşmanı pozmasının nəticəsidir. Lakin işğalçı ölkənin hərbi xuntası üçün bu, o qədər də əhəmiyyətli görünmür. Hesab etmək olar ki, Sarkisyan atəşkəsi pozaraq, nəticənin belə olmasını planlaşdırıb. Çünki bu, ona Azərbaycanı ittiham etməyə, həmçinin, daxili auditoriyada “böyük təhlükə” görüntüsü yaradaraq, özünün əvəzedilməzliyini sübut etməyə lazım idi.
 
Lakin Ermənistan ictimaiyyəti hər ölən əsgərə görə Serj Sarkisyanın məsuliyyət daşıdığını düşünür.
 
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Ermənistan hakimiyyəti müharibədən qorxur, amma sülhün də sərf etmədiyini düşünür: “Çünki istənilən sülh variantında ərazilərin qaytarılması öz əksini tapacaq. Ancaq cəbhədə ölən hər əsgərə görə məsuliyyəti Ermənistan hakimiyyəti daşıyır. Biz Azərbaycan haqqında danışmırıq, çünki Bakının əraziləri qaytarmaq üçün mübarizəyə başladığı məlumdur”.
 
Erməni şərhçi əlavə edib ki, cəbhədə “yoran müharibə” gedir və bu, Ermənistanı günü-gündən zəiflədir.
 
Asif

Загрузка...
Загрузка...