Sarayda insident: kralın harada olduğu açıqlandı

Baxış sayı: 
168

 
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud onun saraylarından birinin yaxınlığında kiçik pilotsuz uçuş aparatı vurularkən sarayda olmayıb.
 
Teleqraf.com xəbər verir ki, bunu "Röyter" agentliyinə Səudiyyə Ərəbistanı krallığının yüksək vəzifəli nümayəndəsi bildirib.
 
Nümayəndə deyib: "Kral Diriyada öz fermasında olub".
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Ər-Riyadın Əl-Hazama rayonunda kralın saraylarından birinin yaxınlığında kiçik pilotsuz uçuş aparatı vurublar. İnsident nəticəsində xəsarət alan olmayıb.

Загрузка...
Загрузка...