Samiraldo OD PÜSKÜRDÜ: "Kişiyəm, nəyəm, kimə nə dəxli var?!" - VİDEO

 
Tanınmış stilist Samiraldo sosial şəbəkədə onu təhqir edənlərin cavabını verib.
Publika.az xəbər verir ki, şəxsi hesabında video yayımlayan stilist bunları deyib:
"Kişiyəm, nəyəm, kimə nə dəxli var?! Xəstəyəm, kimə nə dəxli var? Xəstə adam minlərlə insanın sevgisini qazana bilməz. Xəstə adam sıfırdan bu qədər iş görə bilməz, halallıqla pul qazana bilməz. O xəstə sizsiniz ki, kiminsə qəlbinə dəyirsiz, kimisə təhqir edirsiniz. Həmin adamların hərdən səhifələrinə baxıram sifətlərindən zibil yağır. Sən bir özünə bax. Sonra de ki, Samiraldodan iyrənirəm, Samiraldonun dırnaqları sizdən təmizdir. Özünüzü şir kimi aparırsız. Amma tarakansız. Belə olmaz. Yazdığınız söyüşləri gedin evinizdəkilərə, sizə tərbiyə verən ata-ananıza deyin. Mənim heç kimlə işim yoxdur. Hamıya eyni gözlə baxıram, hörmət edirəm".
 
Pərviz Hüseyn

Загрузка...
Загрузка...