Samir Şərifov Səlim Müslümovla kəllə kəlləyə gəldi - təfsilat

Maliyyə naziri Elman Mehdiyevi öz tərəfinə çəkərək, ƏSMN-in rəhbərinə meydan oxuyur
Bir müddət əvvəl ləğv olunaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevlə bağlı ilginc məlumatların mediaya axını davam edir. Politika.Az-a verilən məlumata görə, Mehdiyev öz yarıtmaz fəaliyyətini gizlətmək üçün müxtəlif metodlara əl ataraq, diqqəti yayındırmağa çalışır.
Məlumata görə, DSMF-nin ƏSMMN-ə birləşdirilməsiylə əlaqədar strkutrur layihəsi hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunsa da, layihə təsdiq olunmayıb və geri qaytarılıb. Layihədə bəzi işçilərin ixtisar edilməsi və texniki məsələlərə düzəliş edilməsi tövsiyyə olunub. Belə ki, ilkin layihədə 400 nəfər ixtisar nəzərdə tutulsa da, Nazirlər Kabineti bu rəqəmin 800 nəfərə çatdırılmasını istəyib. Bundan əlavə, hər iki qurumun tərkibində olan bəzi idarələrin birləşdirilməsi də nəzərdə tutulub.
Politika.Az-a yazan mənbə iddia edir ki, Elman Mehdiyev öz əməllərini davam etdirmək üçün müxtəlif mətbuat orqanlarında Səlim Müslümov və aparat rəhbəri Əjdər Cəbiyev barəsində yazıların dərc edilməsini sifariş edib. «Sifarişi yerinə yetirən isə DSMF-nin korrupsiya piramidasını idarə edən Elşən adlı şəxsditr. Belə ki, ona hər yazı üçün 500 manat mükafat vəd verilib».
Mənbə bildirir ki, hazırda Səlim Müslümovla Elman Mehdiyev arasında olan gərginlik DSMF-nin idarə olunmasında ciddi problemlər yaradıb. Məsələn, ölkə üzrə Fond üçün müəyyən edilmiş sosial sığorta yığımları cari ilin 1-ci rübü üçün heç 60 faizi keçməyib. Bu da pensiyaların maliyyələşməsində ciddi böhranla nəticələnib. «Elman Mehdiyev Samir Şərifovla birlikdə hərəkət edərək, struktur layihəsinin gecikməsinə və özləri üçün sərf edən qaydada təsdiqlənməsinə çalışırlar. Belə ki, hələ hər iki qurumun birləşməsindən əvvəl Elman Mehdiyev və Samir Şərifov cütlüyü birgə layihə hazırlayaraq, ƏSMN-in ləğv edilərək, səlahiyyətlərinin Səhiyyə Nazirliyi və DSMF arasında bölüşdürülməsini təklif ediblər. Lakin həmin layihə bəzi səbəblərdən keçməyib. Əgər həmin layihə təsdiqlənsəydi, Səlim Müslümov nazir səlahiyyətlərini itirməliydi və faktiki olaraq, səlahiyyətləri artırılmış DSMF-ni Elman Mehdiyev idarə edəcəkdi. Nəticədə, fond Samir Şərifovun nəzarəti altına düşəcəkdi».
Politika.Az-a yazır ki, Samir Şərifovun bu yaxınlarda səlahiyyətlərinə aid olmayan açıqlama verməsi təsadüfi deyildi. Onun sözlərinə görə, maliyyə naziri açıqlamasında pensiya qanunvericiliyinə dəyişiklik olacağı barədə açıqlama verməklə, əslində, DSMF-nin onun nəzarəti altında olduğunu, Elman Mehdiyevin də onun diqtəsiylə hərəkət etdiyini nümayiş etdirib.