​Samir Şərifov Rövnəq Abdullayevdən vətəndaşların qarşısına çıxmağı tələb etdi

 
“Qazın qiymətinin artırılmasına SOCAR rəhbəri Rövnəq Abdullayev və onun əməkdaşları aydınlıq gətirməlidir”
 
Regionxeberleri.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə komitələrin birgə iclasında 2017-ci il büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin qaldırdığı fikirlərə mövqeyini açıqlayarkən deyib.
 
Onun sözlərinə görə, qazın qiymətinin qaldırılması ilə bağlı SOCAR çıxış edib və bu məsələyə də daha çox şirkətin rəhbəri Rövnəq Abdullayevlə onun əməkdaşları aydınlıq gətirəsə, daha yaxşı olar.
 
“SOCAR hesab edir ki, qaz hasilatının 50 faizini onlar, yerdə qalanını isə pay bölgüsünə uyğun olaraq xarici şirkətlərdən xarici valyuta ilə alırlar. Manatın ucuzlaşması fonunda qazın maya dayəri bahalaşır və şirkətin gəlirləri azalır. Bu gün SOCAR anacaq öz xərclərini güclə ödəyir. Manatın ucuzlaşamsı fonunda qiymətin artımını labüd edir”- deyə nazir bildirib.
 
Elektrik enerjisinin qiymətinin qaldırılmasına gəldikdə isə nazir deyib ki, “Azərenerji” ölkədə stansiyalar tikdiyindən ölkəyə böyük miqdarda kredit cəlb edib və indi o kredit borclarını qaytarmaq lazımdır.
 
“Onların da qiymətlərin qaldırılması ilə bağlı arqumentləri var. Onu da deyim ki, hələ iki il öncə hökumət “Azərenerji”nin xarici borclarının 40 faizinin ödənilməsini öz üzərinə götürdü. Belə gedərsə, “Azərenerji”nin qalan borclarını da dövlət büdcəsi-hökumət öz üzərinə götürəcək”.