“Samidə məktub” - “Aprel şəhidi” haqqında film - FOTO

 
 “Aprel şəhidləri”ndən bəhs edən yeni film çəkilib.
 
Bu barədə Missiya.Az-a filmin rejissoru Kamran Qasımov açıqlama verib.
 
Qasımov yeni çəkilmiş film haqqında danışıb: “Film “aprel döyüşləri” zamanı şəhid olmuş mayor, Milli Qəhrəman Samid İmanov haqqındadır. 15 dəqiqə 18 saniyəlik olan filmin adı “Samidə məktub” adlanır. Film Jan Lyuk Qodarın kəşf etdiyi və sənədli filmdə nadir istifadə edilən "şokuməntarı" janrında çəkilib".
 
Rejissor Kamran Qasımov
 
Qeyd edək ki, “Samidə məktub” filminin təqdimatı noyabrın 3-də şəhidin doğulduğu Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində olacaq.
 
Xatırladaq ki, film Mədəniyyət və Turizm Nazirliyi “Yaddaş” sənədli filmlər studiyasında Milli Qəhrəmanlar silsiləsində lentə alınıb.