Samboçumuz finalda ermənini məğlub edərək, Avropa çempionu oldu

Amil Qasımov finalda Sarkisyana heç bir şans verməyib.
Azərbaycan samboçusu Amil Qasımov Rusiyanın Kazan şəhərində keçirilən idman və döyüş sambosu üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Ölkə.Az xəbər verir ki, bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Qasımov finalda erməni əsilli Ukrayna təmsilçi Artur Sarkisyana heç bir şans verməyib.
Həlledici görüşdə 9:0 hesabı ilə qalib gələn idmançımız karyerasında 2-ci dəfə Avropa çempionu adına layiq görülüb.
Digər Azərbaycan təmsilçisi Emil Həsənov (68 kq çəkidə) bürünc medala yiyələnib.