Samarada qeyri-qanuni ibadət evində 60 nəfər saxlanılıb

Rusiyanın Samara şəhərində qeyri-qanuni ibadət evində 60 nəfər "Sələfi" təriqətinə mənsub şəxslər saxlanılıb.
 Turainfo.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin Samara vilayəti üzrə İdarəsinin nümayəndəsi bildirib.
 “Həyata keçirilən əməliyyat nəticəsində 60-dək nəfər saxlanılıb. Bu qrupun  bir sıra üzvü hazırda Suriyada qeyri-qanuni hərbi birləşmələrin iştirakçılarıdır.  Axtarış zamanı qeyri-qanuni ibadət evində əldəqayırma partlayıcı maddə və radikal məzmunlu ədəbiyyat aşkar edilib. Araşdırmalar davam etdirilir, faktla bağlı cinayət işinin açılması gözlənilir”, deyə FTX nümayəndəsi bildirib.