Salyanda qayın yeznəsini bıçaqlayıb

Salyanda bıçaqlanma hadisəsi baş verib.
Turaninfo.az “Report”un məlumatına istinadən, hadisə Salyan şəhəri, Taleh Davudzadə küçəsi, bina 7, mənzil 14-də qeydə alınıb.
Həmin ünvanda yaşayan Vüqar Əfsər oğlu Məlikov alın nahiyəsindən kəsilmiş-deşilmiş yara ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Yaralı Elxan adlı qaynı tərəfindən bıçaqlandığını iddia edib. Hadisənin səbəbi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.