Salyanda ata qızını niyə öldürdü? — Qarabağ əlilinin hekayəti...

 
4 gün əvvəl Salyan rayonunun Xurşud kənd sakini, 18 yaşlı Fərqanə Əsədovanı qətlə yetirən atası Rauf Əsədov 2-ci qrup Qarabağ əlili imiş.
 
Ölkə.Az xəbər verir ki, bu barədə virtualaz.org-a məlumatı mərhum qızın yas yerində əmisi Babək Əsədov verib. B.Əsədov deyib ki, qardaşı, 1975-ci il təvəllüdlü Rauf orta məktəbdə əlaçı şagird olub. Amma sonralar təhsilini davam etdirməyib, sürücü-mexanik peşəsinə yiyələnib. Kənd təsərrüfatı texnikalarının təmiri üzrə ən yaxşı ustalardan sayılırmış.
 
Ailə həyatı qurub. Kiçiyi 10, böyüyü 20 yaşında olan 5 uşaq atası olub. Evləri olmadığından kənddəki istifadəsiz köhnə məktəb binası məskunlaşmaq üçün onlara verilibmiş. Elə qətl hadisəsi də burada baş verib.
 
Rauf Əsədov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərin birində ağır yaralanaraq 2-ci qrup əlil olub. Elə o vaxtdan da əsəb sarsıntısı keçirdiyindən psixolji problemləri yaranıb, içkiyə və narkotikə qurşanıb. Nəticədə iki dəfəyə 10 ildən yuxarı məhkumluq həyatı yaşayıb. Bir dəfə dava-dalaş, bir dəfə isə narkotikə görə cəza çəkib.

Загрузка...
Загрузка...