Sakinlər və sürücülər narahatlıq içində:'5 dəqiqəlik yolu 30-35 dəqiqəyə gedirik' - VİDEO

 
 
Şamaxıda sakinlər və sürücülər illərdir kələ-kötür yoldan, hərəkət zamanı havaya qalxan tozdan narahatdır. Söhbət Şamaxı-Göylər-Padarçöl avtomobil yolundan gedir.
 
Kanal S (Region TV) xəbər verir ki, yolda təmir tikinti işlərinə başlanılsa da bir neçə ildir ki, hələ də başa çatdırılmayıb.
 
Şamaxı-Göylər- Padarçöl avtomobil yolunda təmir işlərinin dayanması bu yoldan gündəlik istifadə edən sərnişin və sürücülərin narazılığına səbəb olub.
 
Ümumi uzunluğu 54 km olan magistralın əksər yerlərində əsaslı təmir işləri görülsə də təqribən 10 km-lik hissəsi bərbad vəziyyətdədir. Bu cür vəziyyət isə sürüclərlə yanaşı, kənd  sakinlərini də narahat edir. Sakinlərin sözlərinə görə, xüsusən də qış aylarında bu yollar keçilməz olur. Sözügedən magistral Bakı -Şamaxı-Yevlax yolu ilə Baki-Qazax yolunu birləşdirən əsas yollardan biridir. Eyni zamanda bu yol tam istifadəyə verildikdən sonra şimal-qərb istiqamətindən gələn sürücülər, paytaxt Bakıya daxil olmadan cənub istiqamətinə hərəkət edə biləcəklər. Aidiyyatı qurumdan verilən məlumata görə, işlərin dayanması müvəqqəti xarakter daşıyır.
 
Layihə üzrə yolun hərəkət zolaqlarının sayı 2 olmaqla ümumi eni 12 metrdir. Avtomobil yolunun 45 km hisəsinə artıq 3 qat asfalt-beton örtük döşənib.