​Şairdən yazıçı millət vəkilinə - “Hüseynbala Mirələmovun çəkisi normadan artıqdır, özü niyə buna əməl etmir?"

 
Millət vəkili, yazıçı-publisist Hüseynbala Mirələmovun ölkədəki iqtisadi böhranla bağlı verdiyi maraqlı açıqlama qələm sahiblərini də dilə gətirib
 
Millət vəkili iqtisadi böhrandan çıxış yolu haqda danışarkən xalqa məsləhət verərək daha az yeməyə səsləyib:
 
"Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır. Bu gün bizim bir köməkçimiz var, vaxt olar ikisi olar, vaxt olar 3 köməkçimiz olar. Onu bizim iqtisadi vəziyyətimiz, biz də zaman özü diktə edəcək”.
 
Hüseynbala Mirələmovun bu açıqlaması şair Rüstəm Behrudi tərəfindən kəskin tənqid edilib. Şair qeyd edib ki, bu cür önəmsiz açıqlamalar və məsləhətlər vermək əvəzinə yaxşı olar ki, parlamentdə öz işləri ilə məşğul olsunlar, daha düzgün qərarlar qəbul etsinlər:
 
“Hüseynbala Mirələmovun öz çəkisi normadan artıqdır. Onun xalqa bu cür ağıl verməsi düşünürəm ki, düzgün deyil. Adamlara ağıl öyrətməkdənsə, özü buna əməl etsə, daha yaxşı olar. Özləri niyə dediklərinə əməl etmirlər? Mirələm bəy şair, fikir-söz adamıdır. Ondan bu cür açıqlama gözləmirdim. Normal adam gərək belə bir şey deməsin. Çünki xalqın bu cür məsləhətlərə ehtiyacı yoxdur, onlar parlament səviyyəsindən qat-qat yuxarıdadır”.

Загрузка...
Загрузка...