​Şair Məmməd İsmayıl "Mixail Eminesku" medalına layiq görülüb- FOTOLAR

 
 
 
 
 
Türkiyәdә yaşayan hәmyerlimiz şair Mәmmәd İsmayıl әdәbi fәaliyyәtiylә poeziyamızın üfüqlәrini genişlәndirmәyә davam edir. Şair bu ilin sentyabr ayında Rumıniyanın  Kraiova şəhərində   "Mihail Eminesku"  Beynәlxalq Akademiyasının tәşkil etdiyi altıncı "Mihail Eminesku" Dünya Şeir Festivalında iştirak edib. Bu, şairin Rumıniyaya - Dünya Şeir Festivalına ikinci gedişidir. Festival әrәfәsindә hәmyerlimizin hәm Moldava, hәm dә Rumınıyada kitab vә qәzetlәrdә әsәrlәri çap olunub.
 
Moderator.az xəbər verir ki, Moldavanın "Literatura Arta" qәzeti ("Әdәbiyat qәzeti") 17 avqust nömrәsindә qәzәtin  baş redaktoru, şair Nikolay Dabijanın ön sözüylә M.İsmayılın 19 şerini çap edib. Şeirlәrin tәrcümәsi dә N.Dabijaya aiddir.
 
 
 
Dünya Şeir Festivalı  әrәfәsindә Kişinyovun “Editura pentru Literatura şi Arta” nәşriyyatı isә Rumındilli  poeziyanın әn önәmli şairlәrindәn olan Nikolay Dabijanın tәrcümәsindә  hәmyerlimizin “Sporırea Tacerıı” ”(İdmançı sәssizliyi”) adlı şeirlәr kitabını nәfis şәkildә çap edib. Kitabın tәqdimatı Rumıniyanın Kraiova şәhәrininin milli kitabxanası salonunda  “M.Emuneskü” Dünya  şeir fәstivalının açılış mәrasimindә keçirilib. Kitabın tәrcümәçisi vә ön sözünün müәllifi M.İsmayılı festival iştirakçılarına belә tәqdim edib: ” Məmməd İsmayıl metafora sehirbazı vә ruhun gizli poetik ovqatını şeirlәrinə ustalıqla gətirə bilən böyük şairdir.Onun şeirləri Rumın ədəbiyyatı oxucularının qapısını döyməyə gəlmiş, onu- çağımızın ən görkəmli şairlərindən biri kimi qarşılamaq boynumuzun borcudur.Sanki onun şeirləri başqa bir yerdə yox, elə bizim yerlərdə yaranmış və bir təsadüf nəticəsində bizdən bir sürəliyə ayrı düşmüş, indi yәnidәn öz ilkinliyinә qayıdır...”
 
 
 
M.İsmayılın әsәrlәrinә rumun dilindә nәşr olunan "Mihail Emunesku" Dünya şeir antologiyasında"nda da yer verilib. Antologiyada şarin beş şeri yer almışdır.Bundan başqa indiyә qәdәr keçirilәn festivallarda Kraiova şәhәrindә yazılmış şeirlәrdәn ibarәt Rumun dilinә çevrilmiş "Graiova, mon amour" adlı şeirlәr kitabı da işıq üzü görüb. Bu anologiyada da M.İsmayılın bir şeri yer alıb.
Rumınyanın dünyaca  ünlü heykәltaraşı “Öpücük”, “Nәhayәtsizlik” vә “Әbәdiyyәt”әsәrlәrinin müәllifi Konstantin Brancusinin vәtәni Tirqu-jium şәhәrininin incәsәnәt muzeyinin sәrgi salonlarında dünyanın bir çox şairlәri ilә yanaşı Mәmmәd İsmayılın fotoşәkillәrinә vә 10 yaşlı Draqoş Boqdanın  çәkdiyi karkaturlarına da   yer ayrılıb.
 
 
 
Bunlarla bәrabәr, hәmyerlimiz festivalın sonunda "Mixail Eminesku "Uluslararası  Akademiyası” və "Mixail  Eminesku"Avropa Fondunun  fәxri diplomu vә Mixail Emunesku medalıyla tәltif  olunub.
 
Elmin Nuri

Загрузка...
Загрузка...